MiniBiz ProBiznesin ağıllı tərəfi

İstifadə şərtləri

MiniBiz Pro · Malikov Software

Xidmət haqqında

MiniBiz Pro müştəri, məhsul, anbar, satış, kredit və ödəniş qeydlərinin idarə edilməsi üçün Android və WEB tətbiqidir. Xidmət mağaza sahibinin və onun icazə verdiyi işçilərin istifadəsi üçün nəzərdə tutulur.

Hesab və məlumatların düzgünlüyü

Hesabın Admini istifadəçi giriş məlumatlarının təhlükəsiz saxlanılmasına, işçilərə verilən icazələrə və sistemə daxil edilən biznes məlumatlarının düzgünlüyünə cavabdehdir. İstifadəçilər xidmətdən qanuna uyğun və üçüncü şəxslərin hüquqlarına hörmət etməklə istifadə etməlidirlər.

Abunəlik və cihazlar

Abunəlik və cihaz limitləri tətbiqdə göstərilən paketə uyğun tətbiq edilir. Google Play vasitəsilə alınan abunəliklərin idarəsi Google Play qaydalarına tabedir. Hesabın silinməsi Google Play abunəliyini avtomatik ləğv etmir.

Google ilə hesab bərpası

Google hesabı ilə bərpa yalnız mağaza Admini hesabı əvvəlcədən bağladıqda mümkündür. Google hesabı Admin kimliyinin təsdiqi məqsədilə istifadə olunur; cihaz limitlərini və mövcud lisenziya qaydalarını dəyişmir.

Xidmətin əlçatanlığı

İnternet, server və üçüncü tərəf xidmətlərində texniki fasilələr baş verə bilər. Offline saxlanmış və serverlə hələ sinxronlaşdırılmamış məlumatların qorunması üçün tətbiqdə mövcud sinxronizasiya və ehtiyat nüsxə imkanlarından istifadə tövsiyə edilir.

Məxfilik və hesabın silinməsi

Məlumatların emalı barədə ətraflı məlumat məxfilik siyasətində, hesab silinməsi qaydası isə hesabın silinməsi səhifəsində verilib.

Əlaqə

İstifadə şərtləri ilə bağlı suallar: [email protected].